Əsas Səhifə > Güney Press > Aİ Rusiyanın SPFS sistemi ilə işləyən banklara sanksiya hazırlayır

Aİ Rusiyanın SPFS sistemi ilə işləyən banklara sanksiya hazırlayır


Bu gün, 13:08

Avropa İttifaqı Rusiyanın maliyyə mesajlaşma sistemi SPFS-dən istifadə edən xarici banklara qarşı sanksiya tətbiq etməyi planlaşdırır.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Fransa və Almaniya 19-cu sanksiyalar paketində bu addımı təklif edirlər.

SPFS 2014-cü ildə yaradılıb və Rusiya daxilində və xaricdə maliyyə əməliyyatlarını təmin edir. 2024-cü ilin iyunundan Aİ Avropa banklarının sistemə qoşulmasını qadağan edib.

Mərkəzi Bankın məlumatına görə, 2025-ci ilin əvvəlinə 24 ölkədən 177 qeyri-rezident SPFS-ə qoşulub, ötürülən mesajlar 23% artıb.

Rusiya sanksiyalara qarşı hazırlaşır və əlavə “SWIFT analoqu”nun yaradılmasına göstəriş verib. Aİ-nin 19-cu paketinin yaxın günlərdə təqdim olunması gözlənilir və bu, SPFS-ə əlavə altı bank və neft ticarətini də əhatə edəcək.


Geri qayıt