Ermənistanın Baş naziri Nikol Paşinyan Osakadan (Yaponiya) qayıdan zaman hökumət təyyarəsi Monqolustan və Qazaxıstanda iki dəfə dayanıb. Yeniavaz.com“Hetq.am” portalına istinadən xəbər verir ki, Ermənistanın baş nazirinin ofisi bu məsələ ilə bağlı sorğuya natamam cavab verib . Baş nazirin ofisi cavab verib ki, təyyarə yanacaq doldurmaq üçün Ulan-Bator hava limanında dayanıb. Lakin təyyarənin niyə üç saat orada qalması sualı cavabsız qalıb. Osakadan İrəvana qayıdış reysi üçün optimal marşrutdan uzaq görünən yanacaq doldurma üçün niyə Ulan-Batorun seçildiyi sualı da cavabsız qalıb. Baş nazirin ofisi İrəvana qayıdarkən təyyarənin niyə Almatıda növbəti eniş etməsi ilə bağlı suala cavab verməyib. “Hökumət təyyarəsinin niyə Çinin şimalında deyil, optimal marşrutdan xeyli uzaqda olan Ulan-Batorda yanacaq doldurmaq üçün dayanması və daha sonra Almatıya enməsinin səbəbi bəlli deyil”, - “Hetq.am” yazıb.
Geri qayıt
|