Əsas Səhifə > Güney Press > Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb
Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıbBu gün, 10:57 |
Xalq artisti Sərdar Fərəcovun ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. Bu barədə TƏBİB-dən məlumat verilib. Məlumata əsasən xalq artisti sentyabrın 6-da Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub. Xalq artistinə kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub. Zəruri laborator və instrumental müayinələr icra olunub. Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Huşu aydın, hemodinamik göstəriciləri stabildir. Geri qayıt |