Əsas Səhifə > Güney Press > Balaxanıda sənəd dələduzluğu:

Balaxanıda sənəd dələduzluğu:


Bu gün, 14:55

Sabunçu rayonunun Balaxanı qəsəbəsində özünə məxsus torpaq sahəsində tikinti işləri aparmaq isəyən vətəndaş dələduzluqla üzləşib.
Qaynarinfo-nun məlumatına görə, Z.Q.-ya qarşı dələduzluq edən öz qonşusu B.R. olub.
B.R. zərərçəkmişə torpaq sahəsində tikinti işləri aparmaq üçün müvafiq qurumlardan icazə sənədi alacağını vəd edib. Bunun müqabilindən isə Z.Q.-dan 4000 manat pul alıb. Lakin vədini yerinə yetirməyib.
Z.Q. ərazi üzrə polis bölməsinə müraciət edib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. B.R. saxlanılıb və ona qarşı yuxarıdakı maddə ilə ittiham edlan edilib. Həmçinin onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işinə Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə baxılıb. B.R. məhkəmədə ittiham üzrə özünü təqsirli bilib. O, əlavə edib ki, zərərçəkmişdən aldığı 4000 manatı şəxsi ehtiyaclarına xərcləyib. Maddi imkanı aşağı olduğundan dəymiş ziyanı ödəməyib.
Məhkəmənin hökmü ilə B.R.-ya 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şbühəli şəxs qismində saxlanılıdğı iki gün müddət bir gün iki gün hesabı ilə təyin edilən cəzadana çıxılıb və üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Geri qayıt