Bu ilin ilk yarısında Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların (FDI) həcmi 763,8 milyon dollar olub və ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% azalıb. Yeniavaz.com xəbər verir ki, Gürcüstan iqtisadiyyatına yatırılan xarici investisiyaların 6,3%-i və ya 48,5 milyon dolları Azərbaycanın payına düşüb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi cəmi 1% və ya 0,5 milyon dollar artıb. Məlumat üçün bildirək ki, bu ilin ikinci rübü ərzində (aprel-iyun) Gürcüstan iqtisadiyyatına ən çox aşağıdakı ölkələr investisiya yatırıb: Böyük Britaniya – 242,7 milyon dollar (ümumi investisiyaların 41,8%-i); Türkiyə – 54 milyon dollar (9,3%); Çexiya – 38,3 milyon dollar (6,6%); BƏƏ – 37,1 milyon dollar (6,4%); Malta – 33,8 milyon dollar (5,8%); Niderland – 23,7 milyon dollar (4,1%); Azərbaycan – 23,6 milyon dollar (4,1%); Rusiya – 22,1 milyon dollar (3,8%); Almaniya – 15,6 milyon dollar (2,7%); Virgin adaları – 13,4 milyon dollar (2,3%).
Geri qayıt
|