Əsas Səhifə > Güney Press > Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı

Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı


Bu gün, 10:53

Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibi Kayrat Kojamjarova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması maddələri ilə istintaq başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.

İstintaqın fikrincə, Kojamjarov cinayətləri rəhbər vəzifələrdə işlədiyi müxtəlif dövrlərdə törədə bilərdi. Qurumun hesabatında onun adı İqtisadi Cinayət və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçmiş sədri kimi də hallanır. Kojmarjov 2008-2012-ci illərdə bu vəzifədə olub.

2013-2014-cü illərdə Qazaxıstan Təhlükəsizlik Şurasının katibi, 2017-2019-cu illərdə ölkənin baş prokuroru, sonra isə parlamentin üzvü olub.


Geri qayıt