Əsas Səhifə > Güney Press > “Azərşin”ASC fəaliyyətini dayandırmışdı, indi də...

“Azərşin”ASC fəaliyyətini dayandırmışdı, indi də...


4-09-2025, 16:44

22.10.2025-ci il tarixdə, saat 11:00-da “Azərşin”ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"DİA-AZ" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, 8 ünvanında (“Azərşin”ASC-nin inzibati binası) baş tutacaq.

İclasın gündəliyində aşağıdakı məsələlər durur:

1. Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;

2. “Azərşin” ASC-nin fəaliyyətinin dəyərləndirilməsi;

3. “Azərşin”ASC-nin fəaliyyətinin olmaması ilə bağlı ləğv edilməsinin müzakirəsi;

4. Cəmiyyətin ləğvi ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunması və səlahiyyətlərin verilməsi;

5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

Əlaqə telefonu: (055) 415-90-26


Geri qayıt