Əsas Səhifə > Güney Press > Azərbaycanlılara "nəzarət edən" "qanuni oğru"ya cinayət işi açıldı

Azərbaycanlılara "nəzarət edən" "qanuni oğru"ya cinayət işi açıldı


Bu gün, 17:10

Kabardin-Balkar Respublikasının Prokurorluğu cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda təqsirləndirilən 40 yaşlı yerli sakinə qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, istintaqın məlumatına görə, iş üzrə təqsirləndirilən şəxs 2022-ci ildə Kabardin-Balkar Respublikası ərazisində "nəzarətçi" statusu alıb. İstintaq hesab edir ki, bu status ona ölkədə yaşayan azərbaycanlılara “nəzarət etmək” üçün mühüm və geniş səlahiyyətlər verib.

İddia olunur ki, o, vəzifə səlahiyyətlərindən respublikanın digər sakinləri də daxil olmaqla münaqişələri və borc mübahisələrini həll etmək, cinayətkar birliyin fəaliyyətini dəstəkləmək üçün vəsaitlərin yığılmasını təşkil etmək və “oğru” anlayışlarını təbliğ etmək üçün istifadə edib.


Bundan başqa, istintaq zamanı təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitələr, odlu silahlar, döyüş sursatı və partlayıcı qurğular saxlaması müəyyən edilib. O, həmçinin xüsusilə külli miqdarda hədə-qorxu ilə tələb etmə, külli miqdarda dələduzluq və əcnəbi vətəndaşın qondarma qeydiyyatı ilə ittiham olunur.

Cinayət işi mahiyyəti üzrə baxılması üçün Kabardin-Balkar Respublikasının Ali Məhkəməsinə göndərilib.


Geri qayıt