Əsas Səhifə > Güney Press > Paşinyan Akopyanla birgə Pekinə getdi

Paşinyan Akopyanla birgə Pekinə getdi


Bu gün, 11:38

Çində işgüzar səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə qatarla Tiencindən Pekinə gedib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Paşinyan sentyabrın 3-də İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş paradda iştirak edəcək və Çin Xalq Respublikasının sədrinin müavini Han Çjenlə görüşəcək.


Geri qayıt