Əsas Səhifə > Güney Press / Ana xəbər > Sabiq məmurun oğlu və digərlərinin işi Ali Məhkəmədə

Sabiq məmurun oğlu və digərlərinin işi Ali Məhkəmədə


Bu gün, 10:13

Hesablama Palatasının Dövlət İnvestisiyalarının Auditi Şöbəsinin sabiq müdiri Bəhram Abbasovun oğlu, “Konstra” MTK-nin təsisçisi və sədri Bəsrət Abbaslı və onunla birgə ittiham olunanların – MTK-nın direktoru Dilafir Rəsulov, o cümlədən əməkdaşı Tahir Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

"DİA-AZ" pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses sentyabrın 5-nə təyin edilib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Rəsulov 13 il 6 ay, T.Əliyev 13 il, B.Abbaslı 1 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər. İstintaq dövründə zamində olan B.Abbaslı məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsi isə B.Abbaslı barəsindəki hökmü dəyişib və məhkəmə zalından azadlığa buraxılıb. Həmçinin B.Abbaslı və atasına məxsus əmlaklar üzərinə qoyulmuş həbs qərarı da götürülüb.

Qeyd: D.Rəsulov və T.Əliyev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda zərər vurmaqla) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), B.Abbaslı isə yalnız 303.2-ci maddə ilə ittiham edilirdilər. Onlar zərərçəkmiş şəxslərdən pul alsalar da, ev verməyib, pulu öz maraqları üçün xərcləyiblər.

Xatırlatma: “Konstra MMC” şirkəti ilə əlaqədar uzun müddətdir narazılıqlar var. Məsələ ilə bağlı açıqlama verən B.Abbaslı bildirmişdi ki, atası Bəhram Abbasovun qanuni olaraq şirkətə aidiyyəti yoxdur. Onun sözlərinə görə, sadəcə, cavan olduğu üçün əksər görüşlərə atasını da aparıb.


Geri qayıt