Əsas Səhifə > Güney Press > Ruslar niyə GERİ ZƏKALIDIR?

Ruslar niyə GERİ ZƏKALIDIR?


Bu gün, 09:01

1908-ci ildə Londonda keçirilən IV Yay Olimpiya Oyunları qəribə bir hadisə ilə tarixə həkk olunub...

O vaxtkı Çar Rusiyasının komandası Londona 14 gün gecikmə ilə gəlib. Bu səbəbdən də, bir çox yarışları buraxmalı olublar.

Rusların olimpiadaya gecikməsinin səbəbi o vaxt onların istifadə etdiyi təqvimlə əlaqədardır. Belə ki, bütün sivil dünya Qriqoryan təqvimindən istifadə etdiyi halda, Rusiyada Yulian təqvimindən istifadə edirdilər. Bu iki təqvim arasında 13 gün fərq var idi. Məsələn, Avropa və Amerikada yanvar ayının 14-ü olanda Rusiyada yeni ilə yenicə girirdilər.

Sonradan kommunistlər iqtidara gələndə Lenin və yandaşları məhz bu məsələyə dayanaraq (London olimpiatlarına 2 həftə gecikmə nəzərdə tutulur), Qriqorian təqviminə keçmək haqqında qərar qəbul etdilər. Bolşeviklər düşünürdü ki, təqvimdəki fərq aradan qalxarsa, Rusiyanın sivil dünya ilə arasında olan siyasi-mədəni-iqdisadi fərq də ortadan qalxa bilər. Ancaq onların anlamadığı bir şey vardı: arada olan bu uçurumu - böyük fərqi ortadan qaldırmaq üçün yeni təqvimə keçmək kifayət etmir, dünyaya baxış dəyişməlidi, təfəkkür dəyişməlidi...

Rusların dünyabaxışı, təfəkkürü dəyişmədiyi üçün onlar Qriqorian təqviminə keçsələr də, bu gün sivil dünyadan 14 gün deyil, ən az 100 il geridə qalırlar. Hətta onların imperial düşüncə tərzi belə, müasir imperial düşüncədən çox fərqlidir - ruslar dünyaya XVIII-XIX əsrlərin feodaluzm prizmasından baxırlar. Bu da sonunda onların məhvinə və parçalanmasına gətirib çıxaracaq.

Fərəməz Novruzoğlu - "DİA-AZ"


Geri qayıt