Əsas Səhifə > Güney Press > “Formula”ya görə dərslərin başlama tarixi dəyişir?
“Formula”ya görə dərslərin başlama tarixi dəyişir?Bu gün, 15:30 |
2025/2026-cı tədris ilinin başlamasına təsadüf edən Formula-1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir. Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bütün təhsil müəssisələrində tədris sentyabrın 15-də başlayacaq. Qeyd edilib ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı Formula-1 Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək. "Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur", - məlumatda vurğulanıb. Geri qayıt |