Əsas Səhifə > Güney Press > İran Ermənistanı hədəf aldı
İran Ermənistanı hədəf aldıBu gün, 14:57 |
İranın Zəngəzur isterikası davam edir. Cənub qonşumuzun parlamenti olan İslam Məclisi rəsmi bəyanat yayaraq, Zəngəzur dəhlizinə qarşı sərt mövqe nümayiş etdirib. Bəyanatda dəhliz “kollektiv təhlükəsizlik üçün birbaşa təhdid” kimi təqdim olunub. Məsələni Musavat.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İran parlamentinin Zəngəzur dəhlizinə qarşı bəyanat qəbul etməsi birbaşa Ermənistanı hədəf almaqdan ibarətdir: “Zəngəzur dəhlizi Ermənistan ərazisidir və rəsmi İrəvanın razılığı ilə açılıb. Göründüyü kimi, "Zəngəzur dəhlizi" ilə bağlı məsələ İran siyasi sistemində ciddi fikir ayrılıqları və siyasi böhrana gətirib çıxarıb. Xüsusilə, prezident Məsud Pezeşkian və onun administrasiyası Zəngəzur dəhlizinə dəstək verir. Amma, Ali dini rəhbər Əli Xamenei və ona bağlı mühafizəkar qurumlar Zəngəzur dəhlizinə qarşı çıxır və prezidenti hədəf alırlar. Məhz İran parlamentinin məlum bəyanatı Ali dini rəhbərin siyasi göstərişləri ilə edilib. Parlament və Ali dini rəhbərə tabe olan qurumlar prezident Pezeşkianın qonşularla normal siyasətin aparılmasına imkan verilmir. Hətta prezidenti İsrailə xidmət etməkdə ittiham edirlər. Göründüyü kimi, İranda güclü olan mühafizəkar dairələr xalqın seçdiyi prezidentə qarşı hərəkətə keçib. Proseslər bu müstəvidə davam edərsə, növbəti mərhələdə Pezeşkianın seçkilərə qatılmasına icazə verilməyə bilər. Həmçinin onun hazırda öz səlahiyyətlərindən istifadə edib, İranı beynəlxalq birliklə normal münasibətlər qurmasına imkan verilmir. Faktiki olaraq prezident səlahiyyətsiz bir çərçivəyə salınıb. Baxmayaraq ki, 12 günlük müharibədə Pezeşkian xalqla birgə oldu”. Politoloqun sözlərinə görə, Pezeşkiana qarşı bütün təzyiq və hücumların arxasında Ali dini rəhbər Əl Xamenei dayanır: “O, həmçinin, Azərbaycan və Türkiyəyə qarşı sərt xətt siyasətini davam etdirir. Demək olar ki, Tehran rejimi 12 günlük müharibədən nəticə çıxarmaq əvəzinə, daha da sərt siyasətə üstünlük verib. Prezident Pezeşkianın Qərblə konusturiktiv siyasətinin qarşısını alıb. Artıq Avropa ölkələri və ABŞ-ın İrana qarşı növbəti sanksiyalar tətbiq etməsi gözlənilir. Əgər yaxın perspektivdə İran öz siyasətində korrektlər etməsə, İsrail və ABŞ İslam respublikasına yenidən hərbi əməliyyatlara başlaya bilər. İranın Zəngəzur dəhlizinə qarşı çıxmasında əsas məqsədi Qərbdən Şərqə və əksinə daşınan yüklərin onun nəzarətindən tam çıxmasıdır. İran ona görə tək "Araz dəhlizinin" fəaliyyətində maraqlıdır ki, beynəlxalq daşımalar öz nəzarətində olsun. İranın Zəngəzur dəhlizinə müdaxiləsi isə, mümkün görünmür”. Geri qayıt |