Əsas Səhifə > Güney Press > Paşinyan Çinə səfər edəcək
Paşinyan Çinə səfər edəcək29-08-2025, 10:56 |
Ermənistan Baş naziri Nikol Paşinyan Çinə işgüzar səfər edəcək. APA xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Avqustun 30-dan sentyabrın 3-dək davam edəcək səfər zamanı Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin "ŞƏT+" formatında iclasında və onun çərçivəsində keçirilən tədbirlərdə iştirak edəcək. Ermənistan liderinin bir sıra yüksək səviyyəli görüşləri, o cümlədən Çin Xalq Respublikasının sədri Si Cinpin və ÇXR sədrinin müavini Han Çjenglə görüşləri planlaşdırılır. Səfər zamanı Paşinyan əcnəbi həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək. Geri qayıt |