BOKT “International” 50 investordan illik 18% ilə borc götürdü
Dünən, 17:36
21 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin istiqrazların ticarətə buraxılan AZ2038021021 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 28.08.2025-ci il tarixində yekunlaşıb.
Banker.az xəbər verir ki, hərracda 50 investor 50 sifariş verib.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
BOKT “International” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2038021021
İstiqrazların növü və forması
İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması
Kütləvi / Rəqabətli hərrac
İstiqrazların sayı
10,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
1,000,000 manat
İllik gəlirlilik faizi
18%
Minimal qiymət
100 (18.0000%) manat
Maksimal qiymət
100 (18.0000%) manat
Kəsmə qiyməti
100 (18.0000%) manat
Ortaçəkili qiyməti
100 (18.0000%) manat
İstiqrazların reallaşdırılmış həcmi
1,000,000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə)
1,000,000 manat
İnvestor sayı
50
Sifariş sayı
50
Ödəmə Periodu
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir