Əsas Səhifə > Güney Press > Döyülən uşaqların anası yenə hamilədir...

Döyülən uşaqların anası yenə hamilədir...


Dünən, 17:24

Uşaqlara qarşı Ağdamda baş verən zorakılıq hadisəsi ictimaiyyətdə böyük narahatlıq yaradıb. Daha əvvəl məlumat verdiyimiz kimi, iki azyaşlı övladını döyən ata saxlanılıb, ağır xəsarət alan uşaqlar isə hazırda xəstəxanada müalicə olunurlar.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ana, Rəhimova Sevinc Telman qızı üçüncü övladına hamilədir.

Azyaşlıların atası Sadiq Rəhimov isə daha çox “TikTok”da etdiyi paylaşımlarla diqqət çəkir. Belə ki, onun sosial şəbəkədə paylaşdığı qəribə paylaşımlar izləyicilər tərəfindən də birmənalı qarşılanmır.

Fotoda: Sadiq Rəhimov

Əldə etdiyimiz digər məlumata görə, hazırda uşaqların sənədləri hazırlanır və azyaşlılar müalicə və müayinələri bitdikdən sonra körpələr evinə yerləşdiriləcək.

APA-nın məlumatına görə, əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə hissəsini dişləyərək xəsarət yetiriblər. Uşaq müalicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb, lakin sonradan valideynlərinə qaytarılıb.

Bu gün “Qafqazinfo”nun əməkdaşı Ziya Əmirxanlı ailənin yaşadığı evə gedib. Lakin qapı bağlı olub və nə evdə, nə də ətrafda adam olub.

Həmin məkandan çəkilən görüntüləri təqdim edirik:


Geri qayıt