Ruslar Ukraynada “Bayraktar”ın zavodunu vurdu: Türkiyə milyonlar itirdi
Dünən, 16:25
Ukraynanın paytaxtında yerləşən və fəaliyyətə başlamağa hazırlaşan “Bayraktar” zavodu gecə yarısı raket hücumuna məruz qalıb. Yeniavaz.com xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb. Bildirilib ki, milyonlarla dollar dəyərində investisiyaya ciddi ziyan vuran iki zərbə qeydə alınıb. Qeyd edək ki, ötən gecədən bəri Rusiya ordusu Kiyevə kütləvi raket hücumları həyata keçirib.