Əsas Səhifə > Güney Press > Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər

Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər


Bu gün, 14:06

Rusiyalı müğənni Polina Qaqarinanın Astanada planlaşdırılan konserti ləğv olunmaq təhlükəsi ilə üzləşib. Sosial şəbəkələrdə boykot çağırışlarından sonra konsertin biletləri satışdan çıxarılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, konsertin ləğv olunması ilə bağlı Qazaxıstanda petisiya başladılıb və 10 mindən çox insan buna dəstək olub. Buna səbəb isə Qaqarinanın 2022-ci ildə Moskvanın “Lujniki” stadionundakı konserti zamanı Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləməsi olub.

Bildirilir ki, hazırda konsertin afişaları təşkilatçıların səhifələrindən və müğənninin rəsmi portalından yığışdırılıb. Qazaxıstan saytlarında bilet almaq mümkün deyil.

Təşkilatçılar hələlik konsertin ləğvi ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, Polina Qaqarinanın konserti 2023-cü ildə də Qazaxıstanda eyni səbəbdən ləğv olunmuşdu.


Geri qayıt