Əsas Səhifə > Güney Press > Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır

Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır


Bu gün, 13:54

Keçmiş prezidentlərin hələ də siyasi həyatımızda olmasına görə məni tez-tez ittiham edirlər.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü brifinqdə bildirib.

Paşinyan Ermənistanda Robert Koçaryanın nə isə deməyə cürətinin çatdığını bildirib.

“İnanıram ki, qarşıdakı seçkilərdə xalqımızın həm Serj Sarkisyanın, həm də Robert Koçaryanın siyasi dillərini birdəfəlik kəsib kökündən qoparmaq imkanı olacaq”, - o qeyd edib.


Geri qayıt