Əsas Səhifə > Güney Press > Ləqəbi "Xata Bala" imiş, müəmmalı məsələlər var, evdə heç kəs omayıb

Ləqəbi "Xata Bala" imiş, müəmmalı məsələlər var, evdə heç kəs omayıb


Bu gün, 11:41

Yevlaxda oğulun atasını qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar bəlli olub.

Teleqraf-ın Mərkəzi Aran bürosuna bu barədə Havarlı kənd sakinləri məlumat veriblər.

Deyilənə görə, 66 yaşlı atası Hüsü Talıbovu öldürən 36 yaşlı Vüsal Talıbov yaşadığı kənddə "Xata Bala" ləqəbiylə tanınırmış.

1959-cu il təvəllüdlü Hüsü Talıbov 3 övlad atasıdır - iki oğlu, bir qızı var. Ailənin böyük oğlu Rusiyada yaşayır. Havarlıda yaşayan qızı və hadisəni törədən Vüsal ailəlidir.

Hadisədən bütün kəndin təsirləndiyini deyən kənd ağsaqqalı Natiq Qəhrəmanov mərhum Hüsü Talıbovun zəhmətkeş, hər kəsin xeyrinə-şərinə yarıyan insan olduğunu bildirib:

"Hadisə zamanı ata-oğul evdə tək olublar. Qız övladlarının təzəliklə əkiz uşağı doğulmuşdu. Evin xanımı qızını-nəvələrini görməyə gedibmiş. Evdə mübahisə bu zaman düşüb. Vüsal atasına 13 bıçaq zərbəsi vurub. Qohum-qonşu hay-küy salıb, Hüsü kişini xəstəxanaya çatdırıblar. Amma onu xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, atasını qətlə yetirən Vüsal Talıbov 3 oğul atasıdır. Onun bu qəddar davranışının səbəbi məlum deyil.

Gəzən söz-söhbətə görə, Vüsal borclu olub, atasından dəyərli bir şeyi satıb borcunu ödəməsinə yardım etməsini istəyib. Ata isə bundan imtina edib.

Qeyd edək ki, avqustun 26-da Yevlaxın Havarlı kənsində atası Hüsü Talıbovu bıçaqlamaqda şübhəli bilinən 36 yaşlı Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. İbtidai istintaq aparılır.

Vüsal Talıbov Vətən müharibəsi qazisidir.


Geri qayıt