Əsas Səhifə > Güney Press > Həbsdəki jurnalistin yerini dəyişdilər
Həbsdəki jurnalistin yerini dəyişdilərBu gün, 16:30 |
Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalist Arzu Sayadoğlu 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə Gununsesi.info-ya həbsdəki jurnalistin atası Sayad Məmmədov bildirib. Onun sözlərinə görə, oğlunun cəzaçəkmə müəssisənin dəyişdirilməsi ilə bağlı məlumat verilməyib. “Sadəcə, eşitdiyimizə görə, 10 saylı cəzaçəkmə müəssisəsində problem yaradılıb. Bundan sonra oğlumu 2 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər. Oğlumun taleyindən narahatam, saytınız vasitəsi ilə Penitensiar Xidmət rəhbərliyindən bu məsələyə diqqət ayırmağını xahiş edirəm”, – deyə o, bildirib. Qeyd edək ki, müstəqil jurnalist fəaliyyəti göstərən Arzu Sayadoğlu bir neçə il əvvəl hədə-qorxu, tələb etmə maddələri ilə cinayətdə təqsirli bilinib və o, 8 il müddətinə azadlıqdan məhrum olunub. Geri qayıt |