Əsas Səhifə > Güney Press > Paşinyanın deputatı yerli müxalifət barədə:
Paşinyanın deputatı yerli müxalifət barədə:Bu gün, 14:32 |
Elə görünə bilər ki, hətta radikal müxalifətçi üçün də hər şeydən ‘çirk’ tapmaq xüsusi istedad tələb edir. Amma bizim ‘superistedadlı’ müxaliflərimizi əsla kiçiltmək olmaz. Onlar artıq sui-qəsd nəzəriyyələri uydurub, tikinti işlərini ‘şübhəli’ adlandırıblar”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı Babken Tunyanın statusunda yer alıb. Bu insanlardan başqa heç nə gözləmək olmaz, çünki onların məqsədi hər şeyi qaralamaq, ümidsizlik, bədbinlik və neqativ yaymaqdır. Bütün müsbət və ya sevincli hadisələr (istər konsert, istər yeni məktəb, istərsə də ciddi tədbir olsun) onları təşvişə salır və yuxularını qaçırır”,-Paşinyanın deputatı qeyd edib. Geri qayıt |