Əsas Səhifə > Güney Press > “Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!”

“Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!”


Bu gün, 12:48

“Bu şairin taleyinə Hələbdə vəfat etmək yazılıb. Biz tarixi dəyişib, redaktə etməklə heç nə qazanmırıq. Şairin məzarını Azərbaycana gətirib, ona saxta türbə düzəltməklə nə etmək istəyirik?!”

Bu sözləri “Yeni Sabah”a filologiya üzrə fəlsəfə doktoru, nəsimişünas-alim Səadət Şıxıyeva deyib.

O qeyd edib ki, əgər bir şairin adını yaşatmaq istəyi varsa, onun əsərləri tədqiq olunmalıdır: pizza sifarişi

“Bu gərəksiz təklif tez-tez nədənsə gündəmə gətirilir. Səbəb nədir, - bilmirəm. Təklif çox əsassızdır. Həm dini baxımdan, həm də tarixi baxımdan Nəsiminin məzarının yerinin dəyişməsi doğru deyil.

İlahi təqdir deyilən bir şey var. Bu şairin taleyinə Hələbdə vəfat etmək yazılıb. Biz tarixi dəyişib, redaktə etməklə heç nə qazanmırıq. Şairin məzarını Azərbaycana gətirib, ona saxta türbə düzəltməklə nə etmək istəyirik?!

Bu məsələ mənə aydın deyil. Əgər bir şairin adını yaşatmaq istəyiriksə, ona sahib çıxmaq istəyiriksə, onun əsərlərini tədqiq etməliyik. Budur şairə sahib çıxmaq!”

Filoloq bildirib ki, şairlərin idealarını yaşadılmalıdır:

“Zaman-zaman Nəsiminin və Füzulunin məzarlarının Azərbaycana gətirilməsi məsələsi gündəmə gəlir. Bu tamamilə əsassızdır. Azərbaycan şairlərinin böyük əksəriyyəti mühacirətdə yaşayıb. Orta əsrlərdən etibarən bu belədir. Onda gərək ölkə xaricində olan hər bir şair və yazıçının məzarını axtaraq və buraya gətirək və saxta məzarlıq düzəldək.

Şairlərimizə sahib çıxmaq istəyiriksə, onların idealarını yaşatmalıyıq. Onların əsərlərini araşdırıb, dünyaya təqdim etməliyik. Başqa yolu yoxdur. Bu təklifi də çox ziyanlı bir fikir kimi qəbul edirəm”.

Səadət Şıxıyeva Nəsiminin bir çox əsərləri hələ də Azərbaycanlı oxucuya bəlli olmadığını deyib:

“Nəsiminin məzarı yüzillər boyunca insanlar üçün ziyarətgah olub. Özüm də 2008-ci ildə həmin məzarı ziyarət etmişəm. Həmin məzarın üzərində türbə var. Hər azan oxunanda o türbənin qapısı açılır və insanlar oraya daxil olub, namaz qılıb dua edirlər. Yüzillər boyunca bu belə olub. Nəsimin məzarının yanında onun doğmalarının da məzarı var. Öz vəsiyyətinə əsasən həmin yerdə dəfn olunub. Məzar Azərbaycana gətirilsə, dirgərləri necə olacaq?

Nəsiminin bir çox əsərləri hələ də Azərbaycanlı oxucuya bəlli deyil. Elektron portallarda həmin əsərləri tapmışam. Biz Nəsimi haqqında nəsə etmək istəyiriksə, həmin əsərləri gətirib, üzünü köçürdək və oxuculara təqdim edək. Bizim Azərbaycan elmi qarşısındakı əsas xidmətimiz bundan ibarət olar”.

Xatırladaq ki, mediada İmadəddin Nəsiminin məzarının Suriyadan Azərbaycana köçürülkməsinə hazırlıq getdiyi barədə məlumat yayılıb.


Geri qayıt