Əsas Səhifə > Güney Press > Ermənistanda hərbçi güllələnib

Ermənistanda hərbçi güllələnib


Bu gün, 09:49

Ermənistanda güllə yarası alan hərbçi xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə yerli KİV-lər ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"Hərbçi hazırda həkimlərin nəzarəti altındadır, həyatına təhlükə yoxdur", - məlumatda qeyd edilib.

KİV-in məlumatına görə, hadisə Geğarkunik vilayətindəki mövqelərdən birində baş verib. Əsgərin hansı şəraitdə yaralandığı hələ ki, məlum deyil.


Geri qayıt