Əsas Səhifə > Güney Press > Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil
Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyilBu gün, 13:22 |
Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyakun Almaniyanın “Welt” nəşrinin Çinin Ukraynada mümkün beynəlxalq sülhməramlı missiyada iştirak etməyə hazır olması barədə məlumatını təkzib edib. Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir. "Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və birmənalı olaraq qalır"- nümayəndə bildirib. “Welt”in Avropa İttifaqındakı diplomatik mənbələri Çin rəsmilərinə istinadən bildiriblər ki, Pekin Ukraynaya sülhməramlılar göndərməyə hazırdır. Nəşrin həmsöhbətləri vurğulayıblar ki, hökumət bu addımı yalnız "sülhməramlı qüvvələr BMT mandatı əsasında yerləşdiriləcəyi təqdirdə" atacaq. Geri qayıt |