Əsas Səhifə > Güney Press > Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək

Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək


Bu gün, 11:27

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi “DİLER İNŞAAT” QSC (VÖEN – 1403566801) olub.
Yeniavaz.com
xəbər verir ki, Xidmət Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-139 üzrə binaların tikintisi işlərinin satın alınmasına görə “DİLER İNŞAAT” QSC-yə 7 milyon 818 min 565 manat 7 qəpik ödəyəcək.
Qeyd edək ki, tender müsabiqəsinin qalibi olan “DİLER İNŞAAT” QSC 28 oktyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşən QSC-nin nizamnamə kapitalı 2010 manat təşkil edir. QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur.


Geri qayıt