Əsas Səhifə > Güney Press > "SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün

"SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün


Bu gün, 13:44

“İranın SEPAH-i Pasdaranı 30 il Azərbaycanın ermənilər tərəfindən işğal olunmujş torpaqlarından istədiyi vəziyyətdə faydalanır, orada qaçaq işlərlə məşğul olur, qarət edir, sərvətlərin dağıdılmasında iştirak edirdi. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra və Zəngəzur dəhlizinin açılması məsələsi gündəmə gəldikdən sonra SEPAH böyük bir manevr etdi. Dedi ki, “Bura bizim qırmızı xəttimizdir və biz qoymayacağıq ki, Zəngəzur dəhlizi açılsın. Bura açılsa, bizim Avropa yolumuz bağlana bilər”. Hamı bilirdi ki, bu da düz fikir deyil. Zəngəzur dəhlizinin açılmasının İrana aidiyyatı yoxdur. Bu dəhliz Azərbaycanla Ermənistan arasında bir məsələdir və iki ölkə bunu öz aralarında həll etməldir”.

Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, bu gün Zəngəzur dəhlizinin açılması Amerikanın vasitəçiliyi ilə konkretləşib və SEPAH narahat olur ki, keçmişdə özü üçün çəkdiyi qırmızı xətt pozulur, bu səbəbdən də müxtəlif təhdidlər dilə gətirilir.

“Şimali Azərbaycanın təhlükəsizliyini təhdid edir və hədələyir. Bu da rejimin səhv siyasətinin üstünü örtməkdən ötrüdür. SEPAH hər zaman daxildə olan problemləri ört-basdır etmək üçün çalışır ki, qonşu ölkələrlə problem yaradıb, millətin başını qatsın”-deyə Maşallah Rəzmi vurğulayıb.


Geri qayıt