Əsas Səhifə > Güney Press > Moskva Paşinyanı küncə sıxdı
Moskva Paşinyanı küncə sıxdıBu gün, 12:48 |
Rusiya ilə Ermənistan arasında ciddi gərginlik yaşanır. Erməni mətbuatı – "Hraparak" qəzeti hökumət mənbələrinə istinadla yazır ki, Moskva “Vaşinqton bəyannaməsi”nin Avrasiya İqtisadi İttifaqının əsas prinsiplərinə, xüsusilə də vahid gömrük nəzarəti qaydalarına zidd ola biləcəyindən narahatdır. Məlumata görə, rus tərəfi Paşinyanı açıq şəkildə xəbərdar edib: əgər Ermənistan gömrük orqanları Aİİ çərçivəsində üzərinə düşən nəzarəti həyata keçirməsə, ölkə ciddi problemlərlə üzləşəcək. Qəzet yazır ki, Paşinyanın qarşısında indi iki yol var: ya Ermənistanı Aİİ-dən çıxarmaq, ya da sanksiyalarla üzləşib, ardınca təşkilatdan kənarlaşdırılmaq. Geri qayıt |