Əsas Səhifə > Güney Press / Reklam > AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib

AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib


Bu gün, 11:09

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Müşahidə Şurasının üzvləri dəyişib.

"DİA-AZ" xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev, AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə, AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləri təyin ediliblər.

Qeyd edək ki, qurumun Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.


Geri qayıt