Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzinin yaydığı məlumata görə, UTX tərəfindən işə götürülmüş 1989-cu il təvəllüdlü Rufullayev Yədulla Ramiz oğlu Dağıstanın "Yaraq-Kazmalyar" avtomobil buraxılış məntəqəsində Rusiya-Azərbaycan dövlət sərhədindən keçərkən saxlanılıb.
O, Rusiyanın Kurqan vilayətində yerləşən hərbi-sənaye kompleksindən məxfi xidməti materialları ölkədən çıxarmağa cəhddə şübhəli bilinib.
Saxlanılan şəxs ilkin istintaqda boynuna alıb ki, sözügedən sənədləri və bir mobil telefonu Ukraynada yaşayan UTX agentinin – 1981-ci il təvəllüdlü qardaşı Rufullayev Səbuhi Ramiz oğlunun göstərişi ilə ələ keçirib. O, həmin sənədləri və mobil telefonu Ukraynaya göndərmək məqsədilə götürdüyünü bildirib.
Şübhəli şəxs barəsində "Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə düşmənə qəsdən yardım göstəmə" maddəsi ilə cinayət işi açılıb. Həmin maddə 15 ilədək həbs cəzasını nəzərdə tutur.
Məlumata əsasən, inayətin təşkilində və icrasında adları hallanan bütün şəxslərin müəyyənləşdirilib tapılmaları istiqamətində əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri aparılır.
AzVision.az