Əsas Səhifə > Güney Press > Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi
Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idiBu gün, 11:02 |
Vaşinqton sammiti Azərbaycanın qələbəsi, Ermənistanın məğlubiyyəti, İrana problemlər yaradan, Rusiyanı isə regiondan sıxışdırıb çıxarmağa yönəlmiş növbəti addım oldu. Ölkə.az xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan bildirib. Onun sözlərinə görə, Paşinyan qarşıdan gələn seçkilərdə Vaşinqton anlaşmasından istifadə etmək imkanı qazanacaq. "Paşinyan tez-tez Ermənistanın məğlubiyyətlərindən öz siyasi məqsədləri üçün yararlanmağı bacarır. İndi də eyni addımı atacaq", – Kiviryan qeyd edib. Politoloq bildirib ki, Azərbaycan ABŞ-ın hərbi yardıma qoyduğu məhdudiyyətlərin götürülməsinə və ATƏT-in Minsk qrupunun ləğvinə nail olduğu kimi, gələcəkdə də Ermənistanda azərbaycanlıların məskunlaşmasına çalışacaq. Zəngəzur dəhlizi məsələsinə toxunan Kiviryan deyib ki, əsas strateji məqsəd bu yolun Rusiyanın nəzarətində olmamasıdır. Paşinyanın ermənilərin Qarabağa qayıtmasının mümkünsüzlüyü barədə fikirlərini şərh edən Kiviryan əlavə edib: "Paşinyan, eləcə də Serj Sarkisyan və Levon Ter-Petrosyan hesab edirlər ki, Qarabağ erməniləri heç bir halda geri qayıtmamalıdır. Çünki bu məsələ Rusiyanın bölgədə əsas təsir rıçaqlarından biri olub. Əgər ermənilər yenidən Qarabağa qayıdarsa, Moskva bundan regionda təsir aləti kimi istifadə edəcək. Qərb isə bu üç siyasi fiqura açıq şəkildə bildirib ki, Rusiyanın bölgədəki mövqelərini zəiflətmək üçün ermənilərin Qarabağa dönüşünə imkan verilməməlidir”. Geri qayıt |