Əsas Səhifə > Güney Press > Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını
Dövlət qurumu 3,4 milyonluq elektrik mallarınıBu gün, 08:52 |
“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti tərəfindən keçirilən tenderin nəticələri açıqlanıb. "DİA-AZ" xəbər verir ki, tenderin qalibi “Electro Service” QSC (VÖEN: 1504224741) olub.Qalib şirkət tender çərçivəsində qurumu müxtəlif növ elektrik malları ilə təmin edəcək. Şirkətə 3 479 492 AZN ödəniş ediləcək. Xatırladaq ki, “Electro Service” QSC 17 yanvar 2025-ci il tarixində keçirilən daha bir tenderdə qalib olub. Bu tenderin predmetinə eyni, müxtəlif növ elektrik mallarının satın alınması daxildir. Tenderin dəyəri isə 181 404 AZN təşkil edib. Qeyd edək ki, “Electro Service” QSC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Tural Babayev Əli oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 187B-də yerləşir. Geri qayıt |