Əsas Səhifə > Güney Press / Ana xəbər > Şərurlu İsfandiyar işi dayandırdı: Min nəfər işsiz qaldı
Şərurlu İsfandiyar işi dayandırdı: Min nəfər işsiz qaldıBu gün, 17:13 |
Məlumata görə, “Şərur” MTK-nın sahibi, “Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınan iş adamı İsfəndiyar Axundovun bahalı avtomobillərinə məhkəmə tərəfindən həbs qoyulub. İddiaya görə, iş adamının 482 min dollarlıq borcu səbəbindən ona məxsus "Lamborghini", "Lexus LX600", "Toyota Hilux" və digər lüks avtomobillər siyahıya alınıb. Məhkəmə prosesi davam etdirilir. Hazırda iş adamının avtomobillərindən istifadə edə bilmədiyi, gediş-gəliş üçün isə taksidən yararlandığı bildirilir. Şərurlu İsfəndiyar avtomobillərinə həbs qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, “Cebheinfo.az”-a açıqlamasında məlumatı təsdiqləyib: “Hazırda maşınlardan istifadə edə bilmirik, işimizi də dayandırmışıq. Necə edək? Ali Məhkəmə elə bir qərar verib ki... İşə gedirəm də, getmirəm də. Nə edim, işi saxlamışıq. Narahat olmayın. Birinci və ikinci instansiyada mənim xeyrimə olan qərar heç bir əsas, heç bir qəbz olmadan dəyişdirilib. Yazır ki, guya mənimlə o adamın müqaviləsi var. Halbuki, belə bir müqavilə yoxdur. İkinci isə deyir ki, guya o, mənə 2023-cü ildə pul verib. Bu mümkün deyil. Birinci və ikinci məhkəmə mənim xeyrimə olmuşdu”. Həmsöhbətimiz bildirib ki, bu, Emil Səməndərov adlı şəxslə bağlı məhkəmə deyil: “Emil bəy ilə məhkəmənin necə olduğunu bilmirəm. Bu, tamam başqa məsələdir. Bir nəfər var, illər əvvəl müəyyən məbləğdə pul verib, geri alıb. 18 ildən sonra deyir ki, guya pulu almayıb. Məhkəmədə gəlib üzümə durur. İkinci məhkəmədə də uduzub. Ali Məhkəməyə gedəndə isə birdən-birə yazdılar ki, guya müqavilə var, halbuki müqavilə yoxdur. Varsa, gətirsin, bu dəqiqə göstərsin. Zəng etmişəm ki, gətir müqaviləni göstər. 10 il bundan qabaqdan bu adam artıq mənimlə işləmir”. Şərurlu İsfəndiyar bildirib ki, qərar həm şirkətinə, həm də dövlət büdcəsinə ciddi zərər vurur: “Burada min nəfərə yaxın adam çalışır. Mən hər il dövlətə bir milyon manata yaxın vergi ödəyirəm, iş adamıyam və s. Bu qərar dövlətə və şirkətə çox böyük ziyan vurur”. İş adamı qeyd edib ki, əgər borc real olsaydı, ödəyərdi: “Əgər real borc olsaydı, biz o pulu verə bilərdik. Amma o pulu ondan almadığımıza və şər olduğuna görə adamı yandırır. Yoxsa şirkətin bir və ya iki illik gəliri ilə o pulu o adama yığıb verərdim. Amma o adamlar məndən sonra hamının evini yıxmağa başlayacaq”. Geri qayıt |