Əsas Səhifə > Güney Press > Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək
Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcəkBu gün, 12:27 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elan etdiyi tenderi yekunlaşdırıb. "DİA-AZ" xəbər verir ki, sözügedən tender satışa çıxarılması nəzərdə tutulan mənzillərin real bazar qiymətinin müəyyən edilməsi xidmətinin satın alınması məqsədilə keçirilib. Tender çərçivəsində 70 binada yerləşən 69 tip üzrə cəmi 1 162 mənzilin qiymətləndirilməsi həyata keçiriləcək.Tenderin qalibi “Açar Qiymətləndirmə Mərkəzi” MMC (VÖEN: 2005567601) olub və şirkətə xidmətlər üçün 9 770 AZN məbləğində ödəniş ediləcək. Qeyd edək ki, “Açar Qiymətləndirmə Mərkəzi” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Çingiz Qasımov Qurban oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, General Səmədbəy Mehmandarov, ev 44, m.45 ünvanında yerləşir. Geri qayıt |