Əsas Səhifə > Güney Press > Yetərsay çatmadı, bir qurumun 2 tenderi

Yetərsay çatmadı, bir qurumun 2 tenderi


Bu gün, 11:25

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iki tenderi ləğv edilib

"DİA-AZ" xəbər verir ki, qurum tərəfindən elan olunmuş iki tender müsabiqəsi iştirakçıların yetərsayına görə nəticəsiz qalıb.

Birinci tender Laçın RTYS və Balasoltanlı RTYS-in təmiri üçün malların satın alınmasına aid olub. Bu tender 08 iyul 2025-ci il saat 20:03-də dərc edilib, təkliflərin son təqdim olunma tarixi 31 iyul 2025-ci il saat 12:00 müəyyənləşdirilib. Həmin gün eyni saatda zərflərin açılışı keçirilməli idi. Satınalmanın ehtimal olunan qiyməti 2 720 AZN təşkil edirdi. Lakin iştirakçıların sayının üçdən az olması səbəbindən (Qanunun 36.1.1-ci bəndi) tender ləğv edilib.

İkinci tender isə Qarabağda yerləşən radio-yayım stansiyalarında istifadə üçün nəzərdə tutulan İT avadanlıqları və mal-materialların alınması ilə bağlı olub. Bu müsabiqə 24 iyul 2025-ci il saat 11:08-də dərc edilib, təkliflərin təqdim olunması üçün son tarix 14 avqust 2025-ci il saat 16:00 təyin olunub. Elə həmin gün və saatda zərflərin açılışı həyata keçirilməli idi. Ehtimal olunan qiymət 39 107 AZN idi. Lakin bu tender də eyni səbəb, yetərsayın tamamlanmaması əsasında tender ləğv olunub.

Beləliklə, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin hər iki satınalma prosesi iştirakçı azlığına görə baş tutmayıb.


Geri qayıt