Əsas Səhifə > Güney Press > Dost Ermənistanla əlaqələrimiz var

Dost Ermənistanla əlaqələrimiz var


Bu gün, 17:02

Bizim dost və qonşu ölkəmiz olan Ermənistanla qədim və strateji əlaqələrimiz var və iki ölkə siyasi, iqtisadi, mədəni və sosial sahələrdə yaxşı əlaqələr saxlamağa çalışıb.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Ermənistan səfər öncəsi mediaya verdiyi açıqlamasında deyib.

"Bu səfər bizim qonşu ölkələrlə prioritet olaraq həyata keçirdiyimiz səfərlərin davamıdır. Bu səfərlər ali rəhbərin ümumi siyasətinə və təlimatlarına əsaslanır", - Pezeşkian bildirib.

Pezeşkianın sözlərinə görə, səfər zamanı Şərqdən Qərbə ticarət yolunu genişləndirmək üçün Şimal-Cənub Dəhlizi və Şərq-Qərb marşrutunu müzakirə edəcək.

İran Prezidenti, həmçinin ABŞ şirkətinin bölgədə olması barədə suala da cavab verib:

"Mövcud olan narahatlıq Amerika şirkətlərinin bölgədə olmasıdır. Onların şirkət adı ilə bölgəyə girib başqa işlər görəcəkləri ilə bağlı narahatlıq var. Təcrübə bunu göstərdi. Bu narahatlıqla bağlı müzakirələrimiz olacaq".


Geri qayıt