Əsas Səhifə > Güney Press > “Rusiya hərbi qüvvələrinin qarşısında şərt qoymuşduq ki, belə addımlar atılsa, cavabımız olacaq”

“Rusiya hərbi qüvvələrinin qarşısında şərt qoymuşduq ki, belə addımlar atılsa, cavabımız olacaq”


Bu gün, 14:31

“Rusiya Odessada “SOCAR”a məxsus neft bazasına hücum edib və bu hadisə təsdiqlənib. Biz Rusiya hərbi qüvvələrinin qarşısında öz şərtimizi qoymuşduq ki, belə addımlar atılsa, bizim də cavabımız olacaq. Təbii ki, raketlə yox, başqa formada öz addımlarımızı atacağıq”.

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor, Milli Məclisin dörd çağırış deputatı Rüfət Quliyev deyib.

“Düşünürəm, bu məsələni Rusiya ictimaiyyətinə daha çox çatdırmaq, televiziya kanallarımızda göstərmək lazımdır. Bilsinlər ki, başa düşürük, bu oyun necə oyundur və sonu heç yaxşı görünmür. Həmişə demişəm, Allah bizə səbir verib. Biz səbirliyik. Hər məsələni səbirlə gözləyirik, praqmatik formada, reallıqla həll edirik”, - o bildirib.


Geri qayıt