Əsas Səhifə > Güney Press > Rusiyanın bu təkidinin səbəblərinə gəlincə...
Rusiyanın bu təkidinin səbəblərinə gəlincə...Bu gün, 13:17 |
Xəbər verildiyi kimi, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Fadeyevin dünən, avqustun 13-də keçirdiyi brifinqdə istər Rusiya, istər Ermənistan, istərsə də Azərbaycanın 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli razılaşmadan çıxmadıqlarını bəyan edib. Bu bəyanatdan sonra guya Rusiyanın sözügedən razılaşmanı(parlamentlər ratifikasiya etmədiyindən hər hansı hüquqi qüvvəsi olmasa da) bəhanə edərək Ermənistan istiqamətindən oradakı hərbi bazalarındakı qüvvələrindən yararlanaraq keçmiş Laçın dəhlizi və Dağlıq Qarabağa, yəni Azərbaycan ərasizisinə hücum edə biləcəyi haqda fikirlər formalaşıb. Bəs reallıqda belə bir şey mümkündürmü?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli aşağıdakı fikirləri ifadə edib:
“10 noyabr üçtərəfli razılaşmasıyla Azərbaycan tərəfi heç nə itirmir. Bu sazişə görə biz qalibik, Ermənistan məğlub və Zəngəzur yolunu da boşaltmalıdır. Rusiyanın bu təkidinin səbəblərinə gəlincə, onu deyə bilərik ki, əgər Azərbaycan Ermənistanla sülh müqaviləsini başqa ölkədə bağlasa, həmin ölkə bu sülhün qarantı olduğunu öz üzərinə götürəcək. Bu baxımdan ABŞ-da bağlanacaq sülh sazişi və Zəngəzura nəzarətinin bu ölkəyə keçməsini Rusiya və İran heç vaxt bunu istəməz. Odur ki, hər iki ölkəni anti-Azərbaycan isterikası bürüyüb...
Digər tərəfdən, belə bir saziş bağlansa, Ermənistanı bu halda Rusiya öz forpostu kimi istifadə edə və qoşunlarını Zəngəzur dəhlizi boyu yerləşdirə bilər. Bu, Rusiya – Ermənistan hərbi sazişindən irəli gələn müddəaya uyğundur. Sazişdə deyilir ki, əgər Rusiya tərəfi özünə qarşı Ermənistanda təhlükə hiss etsə, hərbi bazanı istədiyi vaxt işə sala bilər. Odur ki, nə vaxta qədər Ermənistan tərəfi bu hərbi sazişi ləğv etməyib və Rusiya qoşunları Ermənistandan çıxarılmayıb, bu ölkənin iqtidarına inanmaq olmaz. Sadə bir misal. Bu sazişə görə Ermənistan Rusiya bazalarını öz büdcəsi hesabına saxlamalıdır. Elədirsə, nə üçün bir dəfə də olsun Ermənistan parlamenti və yaxud Nikol Paşinyan özü bu məsələyə toxunmayıb? Bu müqavilə 49 yi ilə nə Rusiya, nə də İran razılaşacaq. il müddətində qüvvədə qalacaq. Ermənistan oyunbaz ölkədir. Oyununun mahiyyəti də Rusiyanı Azərbaycana düşmən etməkdir...
Aleksey Fadeyevin isə nə Rusiya, nə Ermənistan, nə də Azərbaycanın 2020-2022-ci illərin üçtərəfli bəyanatlarından çıxdıqlarını deməsi həqiqətə uyğundur. Bununla belə, onun dediklərinin arxasında nə durduğunu fikirləşməliyik. Hər şeydən əvvəl 10 noyabr üçtərəfli razılaşması Rusiyanın üzünə Zəngəzur dəhlizini açır, hətta indiki vəziyyətdə İran da bunun tərəfdarına çevriləcək, çünki Rusiya İrana qarşı iqtisadi təzyiqlər yeritməklə, dəhlizin açılmasına nail olacaq. Bundan isə qardaş Türkiyə udacaq. Dəhliz elə Türkiyə üçün işləyəcək. Digər tərəfdən, bu yenidən Rusiya –Azərbaycan strateji partnyorluğu ilə bağlı ortaya çıxmış narazılıqları aradan qaldıra bilər...
Bəs ABŞ? Dünən Alyaskada D.Tramp və V. Putin görüşündə dünyanın iki düşərgəyə bölünməsi və Ukraynanı taleyi məsələləri müzakirə olundu. Çox güman ki, Cənubi Qafqaz mövzusu da kənarda qalmayıb. Çünki ABŞ-ın Zəngəzura, hətta Türkiyənin əliylə belə olsa, girməsi ağlasığmazdır. Bu Üçüncü dünya müharibəsinə gətirib, çıxara bilər...
İki fövqəldövlətin başçıları tərəfindən qəbul olunmuş razılaşmalar, başqa ölkələr üçün yeni siyasi davranış platformasına çevriləcək. Hər halda ermənistanlıların da ata-baba yurdu - Zəngəzura qayıtması reallaşacaq...”
“Bəs Azərbaycan dövləti hansı qabaqlayıcı tədbirlər görməlidir?” sualına isə analitik belə cavab verib:
“Belə tədbirlər mütləq görülməlidir. Hər şeydən əvvəl Rusiya ilə bağladığımız sazişləri nəzərdən keçirib, bu ölkə ilə aramızda olan mübahisəli məsələləri həll etməliyik. Əlbəttə ki, Ukrayna müharibəsində vəhşiləşmiş, öz kökündən olan xalqı qıran ruslara inanmaq olmaz. Azərbaycan öz hərbi potensialını artırmalı və özünü qorumaq üçün bütün mümkün mexanizmləri işə salmalıdır...
Geri qayıt |