Əsas Səhifə > Güney Press > Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin
Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderininBu gün, 12:26 |
Bakı Slavyan Universiteti elan etdiyi tenderin nəticələrini açıqlayıb. "DİA-AZ" xəbər verir ki, sözügedən tender universitetin birinci və ikinci tədris binalarında, həmçinin yataqxanasında cari təmir işlərinin həyata keçirilməsi üçün elan edilmişdi. Tenderin qalibi "Babayev Group Company" MMC (VÖEN: 1505253611) olub. Qalib şirkətə 1 486 009 manat ödəniş ediləcək. Qeyd edək ki, "Babayev Group Company" MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 min 10 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Raman Babayev Şaiq oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 20 ünvanındadır. Geri qayıt |