Əsas Səhifə > Güney Press > “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların sayı azalıb

“Xalq” və “Əməkdar” fəxri adı daşıyanların sayı azalıb


Bu gün, 17:06

Son bir ildə Azərbaycanda təqaüd alan “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı 97 nəfər azalıb.
"DİA-AZ"
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir ildə “Xalq” fəxri adı daşıyanların sayı 7 nəfər, “Əməkdar” fəxri adı daşıyanların sayı isə 90 nəfər azalıb.
Bu ilin iyul ayının əvvəlinə olan sonuncu məlumata görə, Azərbaycanda 246 nəfər “Xalq”, 4 470 nəfər isə “Əməkdar” fəxri adına görə təqaüd alır.
Onu da bildirək ki, “Xalq” və “Əməkdar” fəxri adı daşıyan şəxslərə verilən təqaüdün məbləği son bir ildə dəyişməyib. “Xalq” fəxri adı daşıyanlara ayda 200 manat, “Əməkdar” fəxri adı daşıyanlara isə ayda 150 manat təqaüd verilib.


Geri qayıt