Əsas Səhifə > Güney Press > Erməni arxiyepiskopun həbsdən azad edilməsi ilə bağlı iddiası rədd edilib

Erməni arxiyepiskopun həbsdən azad edilməsi ilə bağlı iddiası rədd edilib


Bu gün, 17:02

İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanın həbsdən azad edilməsi ilə bağlı müdafiə tərəfinin iddiasını rədd edib.

“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, Acapaxyan günahını etiraf etməyib.

Onun həbs müddəti 10 gün uzadılıb.

Arxiyepiskop məhkəmədə bildirib ki, onu buraxmaları üçün məhkəməyə müraciət etmək niyyətində deyil.

Xatırladaq ki, Acapaxyan iyun ayının sonunda hakimiyyətin devrilməsinə açıq çağırışlar etməkdə ittiham olunaraq həbs edilib.


Geri qayıt