Əsas Səhifə > Güney Press > İcra Hakimiyyətinin 506 minlik tenderi niyə ləğv edildi?
İcra Hakimiyyətinin 506 minlik tenderi niyə ləğv edildi?Bu gün, 14:53 |
Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən elan olunmuş tender baş tutmayıb. "DİA-AZ" xəbər verir ki, sözügedən tender Hacıqabul şəhərində yolların əsaslı təmiri işləri ilə bağlı elan edilmişdi. Tenderin ilkin elanı 29 iyun 2025-ci ildə dərc edilmişdi.Ehtimal olunan dəyəri 506 102 AZN olan tender nəzarət orqanının qərarı ilə ləğv edilib. Rəqabətə nəzarət orqanının 14 avqust 2025-ci il tarixli AİBNDA/SQ-7435/2025 nömrəli qərarına əsasən, satınalma komissiyası 21 iyul 2025-ci ildə təkliflərin açılması nəzərdə tutulan tender müsabiqəsini ləğv edib. Geri qayıt |