Əsas Səhifə > Güney Press > Qonşusunun pişiyindən şikayət etdi
Qonşusunun pişiyindən şikayət etdiBu gün, 11:39 |
Tovuzda qonşusunun pişiyinə görə Daxili İşlər Nazirliyinin "102” xidmətinə zəng edən şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1973-cü ildə Tovuz rayonunda anadan olmuş S.C. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, S.C. 12 avqust 2025-ci il tarixdə evdə olarkən spirtli içki qəbul edib. Daha sonra qonşuluqda yaşayan X.V. adlı şəxsin pişiyinin səsi onu narahat etməyə başlayıb. O, qonşusuna pişiyin səsinə görə "102" xidmətinə zəng edib.
S.C. spirtli içkinin təsiri altında həm qaynar xətt xidmətində olan əməkdaşla danışarkən, həm də çağırışa gələn polis əməkdaşlarının yanında ucadan ünvansız nalayiq ifadələr işlədib.
Sərxoş olduğu üçün hərəkətlərindən xəbərsiz olduğunu deyən S.C. peşmançılığını və anasının xəstə olmasını nəzərə almağı, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirib və yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin hökmü ilə, S.C. İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 10 gün müddətinə həbs olunub.
Geri qayıt |