Əsas Səhifə > Güney Press > “Ünvanına təhqirlər, böhtanlar səsləndirib”
“Ünvanına təhqirlər, böhtanlar səsləndirib”Bu gün, 06:31 |
Bu ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsində bir qadın hədə-qorxu ilə tələbetmə ittihamı ilə 5 il azadlıqdan məhrum edildi. O, Xavər Babayeva adlı başqa bir qadını şantaj edib, ondan pul almaqda ittiham olunurdu. Xavər Babayeva da məhkəmə prosesində zərərçəkmiş qismində tanınmışdı.Bizimyol.info xəbər verir ki, Xavər Babayeva indi də həmin qadının atasının cəzalandırılması üçün məhkəməyə müraciət edib. O, tələb edir ki, Cəfər Cəfərov Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb olunsun. Bu tələblə də məhkəmədə ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Xavər Babayeva iddia edir ki, O, iddia edir ki, Sona Əhmədovaya hökm oxunandan sonra atası “Operativ Xəbər” adlı internet kanalına verdiyi müsahibədə qızının başına gələnlərə görə onu ittiham edib, onun haqqında nalayiq ifadələr işlədib: “Ünvanına təhqirlər, böhtanlar səsləndirib”. Qarşı tərəfin vəkili bildirib ki, Xavər Babayeva özü haqqında nalayiq ifadələr işlədildiyini iddia edir, lakin məhkəməyə bunu təsdiqləyən heç bir fakt təqdim eləməyib. Vəkil onun şikayətinin icraata götürülməməsini xahiş edib. Məhkəmə də onun şikayətini əsassız sayaraq, icraata götürülməməsi barədə qərar çıxarıb. Geri qayıt |