Əsas Səhifə > Güney Press > Tramp-Putin görüşü nə üçün keçmiş Rusiya ərazisində keçirilir
Tramp-Putin görüşü nə üçün keçmiş Rusiya ərazisində keçirilirBu gün, 17:10 |
Amerika prezidenti Donald Trampla Kremlin sahibi Vladimir Putin arasında avqustun 15-də keçiriləcək görüş yerinin məkanı hər kəsdə suallar doğurur. Xüsusilə, Rusiyanın dövlət başçısının Alyaska ştatına getməyə razılıq verməsi gözlənilməz olub. Belə bir versiya var ki, Alyaskanın seçilməsi simvolik məna daşıyır. Politoloq Sahib Kərimli bütün bunlarla bağlı Musavat.com-a təxminlərini bölüşüb: “Alyaska ABŞ ərazisidir və Putin görüşmək üçün neytral ölkəyə yox, məhz ABŞ-a gedir. Sadəcə, Rusiyanın bu güzəştini və məcburiyyətini pərdələmək üçün Vaşinqton yox, Alyaska seçilib. ABŞ Alyaskanı 30 mart 1867-ci il tarixində 7.2 milyon ABŞ dolları qarşılığında Rusiya imperiyasından satın alıb. Mesaj verilir ki, torpaq alıb-satmaq, ərazi dəyişmək ənənəsi var. Bəli, Ukrayna həm Cənubi Qafqaz, həm də Orta Asiya üçün də Rusiya ilə savaşmalı oldu və böyük fədakarlıqlar etdi. Təəssüf ki, növbəti fədakarlıqları da etməli olacaq. Ukrayna üçün ağır, Rusiya üçün qalib görünən atəşkəs və sülh sazişi hazırlanır. Suriya, İran, Cənubi Qafqaz və Orta Asiyadakı geosiyasi nüfuz dairələrindən çəkilməsi müqabilində, Ukraynanın ərazilərinin bir hissəsini Rusiyaya müvəqqəti güzəşt edəcəklər. Putinə imkan yaratmaq lazımdır ki, böyük geosiyasi rəqabəti uduzduqlarını, qlobal reallıqları pərdələmək üçün Ukraynada qalib görünsün. Putin də, Tramp da bütün missiyasını tamamlayıb hakimiyyətdən getdikdən və yeni qlobal nizam qurulduqdan sonra isə Ukrayna ərazi bütövlüyünü bərpa edəcək”. Musavat.com Geri qayıt |