Əsas Səhifə > Güney Press > Bakıda mənzillərin qiyməti niyə artır: səbəblər...
Bakıda mənzillərin qiyməti niyə artır: səbəblər...Bu gün, 17:04 |
Azərbaycanda, xüsusən paytaxt Bakıda mənzillər qiyməti kifayət qədər yüksəkdir. Bununla belə, qiymət artımı dayanmır, bahalaşma davam edir.Bizimyol.info xəbər verir ki, Mərkəzi Bankın “Pul Siyasəti İcmalı – Avqust 2025” buraxılışında da 2025-ci ilin II rübündə mənzil bazarında qiymət artımının müşahidə edildiyi bildirilir. Qeyd olunur ki, bu ilin II rübündə qiymət indeksi 1-ci rübə nəzərən 1.1 faiz artıb. Ümumilikdə isə son bir il ərzində mənzil bazarında 14 faizə qədər bahalaşma müşahidə olunur. Eyni zamanda, mülkiyyət hüququ əldə edən daşınmaz əmlakların sayında azalma var. Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 204 min 494 əmlakla bağlı mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Ötən ilin eyni dövründə isə bu rəqəm 207 mindən çox olub. Əslində, mənzil bazarında qiymət artımı təəccüblü deyil. Çünki Bakıda tikintilərin sayı əvvəlki illərlə müqayisədə kəskin azalıb. İlkin mənzil bazarında təklif olunan daşınmaz əmlakların sayı əvvəlki illərdə olduğu qədər çox deyil. Təklif azaldıqca qiymətlər də bahalaşır. Digər tərəfdən, Bakının mərkəzi hissəsində (“Sovetski”, “Kubinka” və s.) və s. yerlərdə aparılan söküntülər zamanı əhaliyə ödənilən kompensasiyalar da mənzil bazarına təsir göstərən amillərdəndir. Evləri sökülən vətəndaşların əlində pul kütləsi yaranır və onlar özlərinə yeni evlər almaq üçün kütləvi şəkildə mənzil axtarışına başlayır. Bu da dərhal bazarda fəallığa səbəb olur və qiymətlərə təsir göstərir. İpoteka kreditləri də mənzil bazarında canlanma yaratmaqla yanaşı, həm də bahalaşmaya gətirib çıxaran faktorlardan hesab edilir. Geri qayıt |