Əsas Səhifə > Güney Press > İki Mehriban arasında dava bitmir
İki Mehriban arasında dava bitmirBu gün, 15:54 |
Bir müddət əvvəl Əməkdar artist Mehriban Xanlarova və rejissor Mehriban Ələkbərzadə aralarındakı qalmaqalla gündəmə gəlmişdilər. Yenisabah.az xəbər verir ki, Əməkdar artistin sosial mediada yazdığı son fikirlərdən onların mübahisəsinin hələ də davam etdiyi aydın olub. Mehriban Xanlarova iddia edib ki, Mehriban Ələkbərzadə öz çevrəsindəki insanlara zəng edərək, ona yaltaqlananlara vəzifə verəcəyini bildirib: Toyuqlu pizza “ANS-in keçmiş jurnalistlərindən biri, Mehriban Ələkbərzadənin bütün yalanlarını və vəzifəsindən sui-istifadə edərək törətdiyi özbaşınalıqları ört-basdır etmək üçün sosial şəbəkələrdə canfəşanlıq edir... Məqsədi isə budur ki, Mehriban Ələkbərzadə öz dost-tanış çevrəsinə zəng edib, bu yaltaqlığına görə ona vəzifə verdirsin. Belə getsə, sosial şəbəkələrdə tərif yağdırmaq yeni karyera strategiyası elan ediləcək, ‘yaltaqlıqla yüksəliş’ kursları açılacaq və diplom əvəzinə ‘yaltaqlıq sertifikatı’ tələb olunacaq...”. Qeyd edək ki, Mehriban Xanlarova sözügedən şəxsin adını açıqlamayıb. Geri qayıt |