Əsas Səhifə > Güney Press > Son bir ildə mənzillərin qiyməti 14%-ə yaxın bahalanıb

Son bir ildə mənzillərin qiyməti 14%-ə yaxın bahalanıb


Dünən, 16:19

Bu ilin ikinci rübündə mənzil bazarında qiymət indeksi birinci rübə nəzərən 1,1% artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın “Pul Siyasəti İcmalı”nda yer alıb.
Bildirilir ki, bu dövrdə qiymətlər ilkin mənzil bazarında 3,2%, təkrar mənzil bazarında isə 1,1% yüksəlib.
Qeyd olunur ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində ümumi mənzil bazarında qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 13,8%, o cümlədən ilkin mənzil bazarında 12,9%, təkrar mənzil bazarında isə 13,8% artıb.


Geri qayıt