Əsas Səhifə > Güney Press > Həbsdə olan Karapetyan yeni hərəkat yaratdığını açıqlayıb

Həbsdə olan Karapetyan yeni hərəkat yaratdığını açıqlayıb


Dünən, 16:16

İstintaq təcridxanasında olan "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan yeni hərəkatın yaradıldığını elan edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i onun müraciətinə istinadən məlumat yayıb.

Karapetyan bildirib ki, hərəkatın yaradılmasında məqsəd iqtisadiyyatı inkişaf etdirmək, biznes üçün real imkanlar yaratmaq, ailə və milli dəyərləri möhkəmləndirmək, eləcə də təhsil sisteminin inkişafı vasitəsilə gənclərin gələcəyə inamını bərpa etməkdir.

Biznesmen xatırladıb ki, avqustun 14-də məhkəmə onun barəsində qətimkan tədbirinin uzadılması məsələsinə baxacaq. Onun sözlərinə görə, çıxarılacaq qərar Ermənistanda ədalət mühakiməsinin olub-olmadığını göstərəcək.

Karapetyan iyunun 18-də hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunaraq həbs edilib.


Geri qayıt