Əsas Səhifə > Güney Press > "Defence Express” eksperti Azərbaycanın Ukraynaya silah verə bilmək qərarını dəyərləndirdi...

"Defence Express” eksperti Azərbaycanın Ukraynaya silah verə bilmək qərarını dəyərləndirdi...


Dünən, 10:18

"Əgər Azərbaycan Sovet və Rusiya istehsalı olan ehtiyatlarını ötürməsə, onun Ukraynaya silah satışına qoyulan embarqonu ləğv edə bilmək qərarını “xialsedici həlqə” adlandırmaq olmaz".
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bunu hərbi yönümlü “Defence Express” nəşrinin baş redaktoru və hərbi ekspert Oleq Katkov efirdə deyib.
“Azərbaycanın silah satışına embarqonu aradan qaldırmasına və Ukraynanın nəyi almaqda maraqlı olacağına gəlincə, əslində çox az şey var”, -deyə o, qeyd edib.
Ekspertin fikrincə, Azərbaycanın xeyli silah ehtiyatı var və öz ordusunu sovet və rus modellərini əvəz edərək yenidən silahlanır.
"Müəyyən cəhətlər var. Birinci aspekt ondan ibarətdir ki, Azərbaycan bu gün öz ehtiyatlarını aktiv şəkildə satmaq iqtidarında deyil. Fikrimcə, vəsait onun üçün kritik əhəmiyyət kəsb etmir", - Katkov izah edib.
O, həmçinin əlavə edib ki, ikinci aspekt yeni silahların istehsalına aiddir.
"Azərbaycan İsraillə, məsələn, pilotsuz təyyarələr sahəsində səmərəli əməkdaşlıq edir. Lakin İsrail öz silahlarının reeksportunu qadağan edir, ona görə də belə növlərin ötürülməsindən söhbət gedə bilməz", - hərbi ekspert vurğulayıb.
Bundan başqa, Katkovun sözlərinə görə, Azərbaycan Türkiyə silahlarından fəal şəkildə istifadə edir. Türkiyə onsuz da Ukraynanı geniş çeşiddə silahlar - mərmilərdən və zirehli maşınlardan tutmuş uzaq mənzilli sistemlərə və "Bayraktar TB2" pilotsuz təyyarələrinə qədər təmin edir.
“Ona görə də Sovet və Rusiya istehsalı olan silah ehtiyatlarını bizə ötürməyə başlayacağı hal istisna olmaqla Azərbaycanın qərarının bizim üçün bir növ "xilasedici həlqə" olduğunu söyləmək çətindir", - hərbi ekspert yekunlaşdırıb.
"TSN" xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev humanitar dəstək çərçivəsində Ukraynaya 2 milyon ABŞ dolları dəyərində elektrik avadanlıqlarının verilməsi haqqında sərəncam imzalayıb.

Geri qayıt